Tezliklə rəsmi açılış — ilk salonlar artıq TimeUp-da işləyir

Müştəri özü qəbula yazılsın,
sən işini gör

Barbershop, gözəllik salonu, dırnaq, qaş-kirpik və lazer üçün onlayn qəbul. Linkini paylaş, qalanını TimeUp edir.

Pulsuz başlaKart tələb olunmur
TimeUp kabineti: həftəlik təqvim, görüşlər və gəlir

Bakıda ilk salonlar artıq bu təqvimlə işləyir. Quraşdırma yoxdur, avadanlıq lazım deyil — telefon bəs edir.

Üç addım — elə bu gün

  1. 01

    Hesabını aç

    Sahəni seç, e-poçtunu yaz — xidmətlər, qiymətlər və kabinet hazır gəlir. Şifrə lazım deyil.

  2. 02

    Linkini paylaş

    Şəxsi qəbul linkini Instagram və TikTok profilinə qoy, WhatsApp-da göndər.

  3. 03

    İşini gör

    Müştəri saatı özü seçir, sən təsdiqləyirsən — görüş təqvimə düşür, xatırlatma avtomatik gedir.

Kabinetdə nə var

Təqvim

Gün və həftə, boş saatlar, fasilələr, iş qrafiki — bir ekranda. Eyni saata iki nəfər yazıla bilmir.

Onlayn qəbul

Müştəri linkdən xidməti, günü və saatı özü seçir. Sən yalnız təsdiqləyirsən.

Avtomatik xatırlatmalar

Müştəriyə Telegram-la təsdiq və xatırlatma, sənə yeni sorğu bildirişi — pulsuz. Nə müştəri unudur, nə də sən.

Müştərilər

Tarixçə, qeydlər, VIP, ad günü. Çoxdan gəlməyəni siyahı özü göstərir.

Hesabat

Gəlir, görüş sayı, doluluq, populyar xidmətlər. Təxmin yox, rəqəm.

Heyət

Hər işçinin öz təqvimi və öz hesabatı var. Kimin nəyi görəcəyini sən seçirsən.

Növbəti addım sənindir

Hesabını aç, linkini paylaş — qalanını TimeUp edir.

Pulsuz başla

Müştərisən? Salon axtar →

Sahələr

Sahəni seç — kabinet və xidmət dəsti ona uyğun gəlir.

TimeUp